"SpaceX" alman hərbi peykini uğurla orbitə çıxarıb


Dünya 19 İyn 2022 12:00:00 111 0

"SpaceX" alman hərbi peykini uğurla orbitə çıxarıb

ABŞ-ın "SpaceX" alman ordusunun ehtiyacları üçün kəşfiyyat peyki ilə birlikdə Falcon-9 daşıyıcı raketinin buraxılışını həyata keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, raketin buraxılışı yerli vaxtla 07:19-da baş tutub.

Buraxılışdan səkkiz dəqiqə sonra daşıyıcının birinci pilləsi avtomatik olaraq kosmodromda yerləşən sahəyə enib. "Falcon-9"-un birinci pilləsi daha əvvəl SpaceX-in iki buraxılışında istifadə olunub.

Xatırladaq ki, "SpaceX"-in orbitə çıxardlğı SARah-1 peyki "Airbus" şirkəti tərəfindən Alman ordusu üçün hazırlanıb. Gələcəkdə orbitə daha iki oxşar peyk çıxarılacaq.