"Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir"


Siyasət 19 İyn 2022 12:03:00 150 0

"Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir"

Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

Bu barədə Trend-ə Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu kuluarında deyib.

"Mən artıq yeddinci dəfədir ki, Qlobal Bakı Forumunda iştirak edirəm və deyə bilərəm ki, onun əhəmiyyəti ildən-ilə artır. Forum təkcə regionda deyil, bütün dünyada ən mühüm platformalardan birinə çevrilir. Bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram", deyə M.İvaniç bildirib.

O qeyd edib ki, Qlobal Bakı Forumu kimi platforma dünya birliyinin aktual problemlərindən dürüst danışmaq, müxtəlif fikirlər söyləmək imkanı verir ki, bu, sabiq prezidentin sözkərinə görə, bu gün üçün nadir fürsətdir:

"Azərbaycanın özü qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir".