Şəmkirdə gənc oğlan dostunun qız qohumuna mesaj yazdı və sonra...
Kriminal 19 İyn 2022 12:07:00 106 0
Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Rəvan Hüseynov tanışı və yaşıdı Əhliman Tağıyevi qətlə yetirib.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Son.az Teleqraf.com-a istinadən bildirir ki, 2021-ci il yanvarın 5-də Şəmkir şəhər sakini Əhliman Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla mərhumu tanışı Rəvan Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qətlə yetirməsi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqaqnlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan bildirib ki, həbs edildiyi günə qədər nənəsi Durdanə ilə birlikdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayıb: "Əhlimanı 2020-ci ildə Şəmkir şəhərində yerləşən "Xan" şadlıq sarayında ofisiant işlədiyim vaxtlardan tanımışam. Həmin vaxtdan münasibətlərimiz yarandı. 2020-ci ilin yay aylarında Əhlimanla aramızda narazılıq oldu. Mənim Əhlimanın qohumu olan Aysun adlı qızdan xoşum gəlirdi. Sonra Aysunun "instagram" sosial şəbəkəsində olan səhifəsini taparaq tanışlıq məqsədilə ona mesajlar yazdım. Aysun mənə başqa bir oğlanla danışdığını bildirdi və mənimlə tanış olmaq istəmədi. Yenidən mesajlar yazsam da, cavab vermədi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Aysun bu barədə Əhlimana deyib: "Buna görə Əhlimanla aramızda narazılıq oldu. Lakin Əhlimanı bıçaqla Aysuna görə yox, sonradan haqqımda doğru olmayan ifadələr işlətdiyinə görə vurmuşam".
Rəvan qeyd edib ki, 1 yanvar 2021-ci ildə "Neska" ləqəbli dostu Nəzmi ilə mağazada olublar: "Bu zaman Əhliman Nəzmini kənara çəkib, ona mənimlə dostluq etməyin məsləhət olmadığını dedi. Bunu sonradan Nəzmindən öyrəndim və Əhlimanın anamın ikinci dəfə ailə qurmasını, "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz, Rəvana salam verən, mənə salam verməsin" kimi sözlərini deməsi xətrimə dəydi. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə pisikdirib.
Mobil telefonla İnstaqram sosial şəbəkəsi vasitəsi ilə Əhlimana səsli mesaj yazdım. Əhliman da cavab olaraq ünvanıma ana-bacı söyüşü işlətdi, məni söhbətə çağırsa da, həmin gün görüşə getmədim".
Rəvan deyib ki, bundan sonra Əhlimanın Məmməd adlı dostu ona zəng edib və Əhliman ilə aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib, söhbətin bağlanmasını, münaqişənin "mehribanlıq" ilə bitməsini istəyib: "Mən də buna razı olduğum üçün Məmmədə razılıq etdim. Yanvarın 5-də saat 13 radələrində Şəmkir şəhəri, 5-ci küçəsində yerləşən poçtun yanında Məmməd ilə görüşdüm və birlikdə köhnə stadionun yanına getdik. Orada Əlimanı gözlədik. Əhliman gələcəyini desə də, gəlmədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra evə gedib, yemək yeyən zaman Məmməd ona zəng edib, Əhlimanın gəldiyini deyib: "Zəyəm qəsəbəsinə getməli olduğum üçün görüşü təxirə salmasını xahiş etdim. Məmməd də Əhlimanın gəldiyini və məni söydüyünü deyərək telefonu Əhlimana verdi.
Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

ABŞ-ın "SpaceX" alman ordusunun ehtiyacları üçün kəşfiyyat pey

Aktyorlar Uma Turman, Pol Uoker (ölümündən sonra), Bill Pullman və digər m

"Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır - beynəlxalq va

Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Son günlər sosial şəbəkələrdə Laçın şəhərinin Azərbaycanın nəzar

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkd

ABŞ Pentaqon Ukraynaya dörd əlavə raket sistemi (MLRS) göndərməyi düşü

Mövlanə Cəlaləddin Ruminin Konyadakı muzeyində saxlanılan geyimlərinin b

ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Mod

IX Qlobal Bakı Forumunun iştirakçılarını gətirən təyyarə Füzuli Hava

Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Zemfira Sadıxova haqqın

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donetsk vilayətinin Severodonetsk rayo
