Dünyanın ən varlı şəxslərindən biri boşanır


Dünya 19 İyn 2022 12:22:00 153 0

Dünyanın ən varlı şəxslərindən biri boşanır

"Google"un həmtəsisçisi və dünyanın altıncı ən varlı adamı Sergey Brin həyat yoldaşı Nikol Şanahandan boşanır.

Son.az oxu.az-a istinadən bildirir ki, 94 milyard dollar sərvəti olan 48 yaşlı iş adamı hələ yanvarın əvvəlində məhkəməyə boşanmaq üçün ərizə verib.

Boşanmanın səbəbi "barışmaz fikir ayrılıqları" olub.

Məlumata əsasən, tərəflərin mülkiyyət hüquqları və ya öhdəlikləri ilə bağlı bütün məsələlər onlar arasında yazılı razılığa əsasən məxfi arbitraj tərəfindən həll ediləcək.

İddialara görə, Brin ərizəsində iki yaşlı qızı üzərində birgə qəyyumluq hüququ tələb edib.