ABŞda benzinin qiymətləri pik həddə:


Dünya 19 İyn 2022 12:30:00 161 0

ABŞda benzinin qiymətləri pik həddə:

ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər ciddi təkliflər yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti yazır.

Qeyd olunur ki, problemin həllini qeyri-adi yollarla tapmaq cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin miqyasını əks etdirir.

Nəşrin məlumatına görə, Ağ Ev "ümidsizcə göstərməyə çalışır ki, administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə bağlı narazılığını nəzərə alır". Baydenin köməkçiləri amerikalılara yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların verilməsini nəzərdən keçirirlər.

Lakin çiplərin olmaması bu cür kartların kifayət qədər istehsalını çətinləşdirəcək. Prezidentin komandası həm də qorxur ki, amerikalılar bu kartrdan təkcə benzin almaq üçün deyil, həm də başqa alışlar etmək üçün istifadə edəcəklər.

Son.az