Dünyada ilk: 5 yaşdan uşaqlar üçün COVID19 peyvəndi təsdiqləndi


Dünya 19 İyn 2022 11:15:00 109 0

Dünyada ilk: 5 yaşdan uşaqlar üçün COVID19 peyvəndi təsdiqləndi

ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Moderna" koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Baydenin bildirib ki, bu ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır.

Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.

O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.

Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.