Mövlanənin boyu və çəkisi məlum oldu


Dünya 19 İyn 2022 11:22:00 144 0

Mövlanənin boyu və çəkisi məlum oldu

Mövlanə Cəlaləddin Ruminin Konyadakı muzeyində saxlanılan geyimlərinin bərpası işlərinə başlanılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, muzeyin direktoru Naci Bakırcı bildirib ki, bu geyimlər Mövlananın boyu və çəkisi haqqında təsəvvür yaradır.

Onun sözlərinə görə, dahi Şərq mütəfəkkirinin boyu 160-165 sm, çəkisi isə 60-63 kq olub.

Qeyd edək ki, muzeyin kolleksiyasında Rumiyə məxsus 22 geyim var.