"Ukraynadakı münaqişə illər boyu uzana bilər"


Dünya 19 İyn 2022 09:37:00 112 0

"Ukraynadakı münaqişə illər boyu uzana bilər"

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Ukraynadakı münaqişənin həlli illər çəkə bilər.

APA xəbər verir ki, TASS agentliyi onun "Bild am Sonntag"qəzetinə müsahibəsindən məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberqə münaqişənin mümkün müddəti barədə sual verilib və o cavabında belə deyib:

"Heç kim bilmir. Biz bunun illərlə davam edə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq".

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da "The Sunday Times" qəzetindəki şənbə günü məqaləsində Ukraynadakı münaqişənin illərlə uzana biləcəyini istisna etməyib.