Rusiya Ukraynada neft anbarını


Siyasət 18 İyn 2022 23:49:00 127 0

Rusiya Ukraynada neft anbarını

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub.

Bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.

Novomoskovsk vilayətinə atılan raketlər neft anbarını dağıdıb, güclü yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfər yanıq xəsarətləri alıb.

Xilasedicilər yanğını söndürməyə çalışır.

"İlkin məlumatlara görə, qurbanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir", - deyə Lukaşuk bildirib.

O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb.