"Ukraynanın Aİyə daxil olması onilliklər çəkə bilər"


Dünya 18 İyn 2022 14:15:00 176 0

"Ukraynanın Aİyə daxil olması onilliklər çəkə bilər"

Rusiyanın müstəqil Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən dörd ay sonra Aİ qərar verə bilər ki, indi Ukraynanın Aİ-yə qoşulması vaxtı deyil.

Son.az bildirir ki, bu barədə CNN materialında deyilir.

Əksər Avropa ölkələri Ukraynanı güclü şəkildə dəstəkləsələr də və Zelenskiyə müharibə səylərində müxtəlif dərəcələrdə kömək etsələr də, onun istəyinin yerinə yetiriləcəyi qəti deyil.

Materialda deyildiyi kimi, müsbət qərar olduğu halda belə, Ukraynanın Aİ-yə daxil olması onilliklər çəkə bilər.

"Siyasi və prosessual səbəblərə görə, ola bilər ki, Aİ sonda qərar versin ki, indi vaxt deyil. Hətta onlar Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynanın üzvlük üçün nəzərdən keçirilməli olduğu fikri ilə razılaşsalar belə, bunun reallışdırılması üçün illər, hətta onilliklər keçə bilər", - məqalədə deyilir.

Aslan Məmmədov Son.az