Bu küçələrdə sıxlıq var


Digərləri 18 İyn 2022 14:16:00 215 0

Bu küçələrdə sıxlıq var

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq olan əraziləri açıqlayıb.

Mərkəzdən verilən məlumatda bildirilir ki, hazırda Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində, Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində , Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq müşahidə edilir.

Həmçinin Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Akademik Həsən Əliyev küçəsi istiqaməti və Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.