Kreditlə tətil: 7 gün istirahət elə, 12 ay pulunu ödə... VİDEO


Digərləri 18 İyn 2022 13:52:00 175 0

Kreditlə tətil: 7 gün istirahət elə, 12 ay pulunu ödə... VİDEO

Kredit götürürsən, istədiyin ölkəyə səyahət edirsən.

Adətən düşünürük ki, insanlar bankdan krediti problemlərinin həlli üçün alırlar.  Ancaq bu, həmişə belə deyil. Belə ki, səyahət üçün də belə vasitədən istifadə edənlər var. 

Turizm şirkətlərindən birinin nümayəndəsi Elgün Babayev deyir ki,son vaxtlar vətəndaşlar arasında istirahət məqsədilə kredit götürənlərin sayı artıb. Müəyyən faizlərin olmasına baxmayaraq, turizm şirkətləri belə səyahət paketləri ilə vətəndaşların marağını cəlb etməyi bacarır.

Hazırda səyahət paketlərində bank kartlarından istifadə olunduğundan hər hansı əlavə sənədə ehtiyac qalmır. Kreditin ödənişmüddətindən asılı olaraq isə faizlər dəyişir.

Bununla belə, müştərilər turpaketləri 7-8 ay öncə sifariş verməklə daha az pul xərcləmiş olarlar.

Elgün Babayev ailəvi paketlərin fərdi paketlərdən daha uyğun qiymətə satıldığını deyir.