İvo Yosipoviç Forumun əhəmiyyətindən danışdı


Siyasət 18 İyn 2022 11:37:00 114 0

İvo Yosipoviç Forumun əhəmiyyətindən danışdı

Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirəsi üçün vacib platformaya çevrilib.

Bunu Trend-ə açıqlamasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu özündə bir sıra vacib məsələləri ehtiva edir.

"Forumun əhəmiyyəti və vacibliyi ondan ibarətdir ki, fərqli ölkələrdən nümayəndələr, sabiq dövlət başçıları bir araya gələrək qlobal məsələlər və mövcud vəziyyət ilə bağlı müzakirələr aparırlar. Düşünürəm ki, bu da öz növbəsində sözügedən məsələlərin həllində öz müsbət töhfəsini verəcək. Forum 2 gündür davam edir və müxtəlif mövzularda keçirilən panel müzakirələrində səsləndirilən fikirlərin qlobal problemlərin həllində rolu olacaq",- deyə sabiq prezident əlavə edib.