IX Qlobal Bakı Forumu çərçivəsində növbəti iclas keçirilib FOTO


Digərləri 18 İyn 2022 10:20:00 149 0

IX Qlobal Bakı Forumu çərçivəsində növbəti iclas keçirilib  FOTO

IX Qlobal Bakı Forumu çərçivəsində "Qloballaşma və artan bərabərsizlik" mövzusunda panel iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Francis O'Donnel'in moderatorluğu ilə keçirilən panel iclasında gəlirlərdə qeyri-bərabər keyfiyyətlər, iqtisadi keyfiyyətlərə diqqət yetirmək, qeyri-bərabərliklərin gender ölçüsü və bir sıra mövzular müzakirə edilib.

Panel iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bərabərsizliklərin qarşısını almaqla uğurlu iqtisadiyyata sahib oluna bilər. Cəmiyyətlərin dəyərlərinə diqqət yetirməli, onların gəlir bərabərsizliklərinə də baxmalıyıq. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik.

Ekvadorun sabiq prezidenti Rosalia Arteaga Serrano həmçinin bildirib ki, qeyri-bərabərsizlik hələ də həllini tapmayan əsas problemlərdən biridir. Bu da öz növbəsində cəmiyyətin inkişafına mane olur.

Panel digər iştirakçıların müzakirələri ilə davam edib.