Dünyanın ən vahiməli muzeyləri


Digərləri 17 İyn 2022 22:15:00 237 0

Dünyanın ən vahiməli muzeyləri

Dünyanın bir-birindən fərqli muzeylərini görmək, eksponatları seyr etmək insanlar üçün ən maraqlı əyləncələrdən biridir. Bəzi insanlar isə həmin sənət əsərlərini bir dəfə görmək üçün böyük vəsait xərcləməyə razıdırlar.

Son.az AZƏRTAC-a istinadən oxuculara dünyanın ən qorxunc və eyni zamanda qeyri-adi muzeylərini təqdim edir.

Siriraj Tibb Muzeyi-Tailand

Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan bu muzey əslində 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlərə aid tibbi eksponatlar var. Bu muzeydə xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanların eksponatlarından tutmuş hər şeyi tapmaq mümkündür.

Dupuytren Muzeyi-Fransa

Fransada yerləşən bu qeyri-adi muzey tibb sahəsinə aid eksponatlar ilə tanınır. Dupuytren Muzeyi 1935-ci ildə istifadəyə verilib. Tanınmış muzeyin banisi isə məşhur cərrah olub. Qeyd edək ki, muzeydə bankaların içərisində siam əkizlərinin və insan bədəninin deformasiyaya uğramış hissələri ziyarətçilərin diqqətinə səbəb olub. Burada təxminən 6 mindən çox eksponata rast gəlmək olar.

Glore Psixiatriya Muzeyi-ABŞ

ABŞ-ın Missuri ştatında yerləşən bu muzey pis aurası və enerjisi ilə bütün dünyaya səs salıb. 1874-cü ildə dövlət xəstəxanası kimi istifadə olunan bu yer artıq 1967-ci ildə muzey kimi xidmət etməyə başlayıb. Bu muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasında olan dialoqlar da mövcuddur.

Orta əsr İşgəncələr Muzeyi - ABŞ

ABŞ-ın Florida ştatında yerləşən bu orta əsr işgəncə muzeyi orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirən bir muzeydir. Çox maraqlıdır ki, son dərəcə qorxunc olan muzeydə bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Bundan əlavə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları da mövcuddur.

Mütter Tibb Muzeyi-ABŞ