Qarabağ zəfərimizə həsr olunan tamaşa qurulur
Kriminal 17 İyn 2022 16:32:00 79 0
44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ - Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib əsərin məşqlərinə başlanıb.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Qeyd edək ki, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunmuşdu.
Pyesə Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın tərtibatçı rəssamı Yekatirina Xaritonova, geyim rəssamı İradə Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərinin ilk oxunuş günü tamaşanın yaradıcı heyəti Vətən uğrunda şəhid olmuş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə Qarabağ Zəfərinə həsr olunan müsabiqənin mühümlüyündən və bu mövzuda tamaşanın məsuliyyətindən danışıb: "Hesab edirəm ki, xalqımızın həyatında ən önəmli hadisələrdən birini, tarixi qələbəni səhnədən layiqincə göstərməliyik. Bizim teatrın üzərinə çox böyük məsuliyyət düşür, çünki Qarabağda döyüşən və torpaqlarımızı azad edən o gənclər bizim tamaşaçılarımız idilər həm də. Sənətin tərbiyəvi tərəfi çox vacibdir. Arzu edirəm, elə bir tamaşa qurulsun ki, qazilərimiz, o yerlərdə döyüşən oğullarımız bizə baxıb alqışlasınlar. Yeni gələn nəsillər bu gün baş verənləri, xalqımızın tarixindəki bu parlaq hadisəni, böyük qələbəni həm də bizim tamaşadan öyrənsinlər. Tarix kitabları hər şeyi olduğu kimi yazacaq, təqdim edəcək. Sənətin isə vəzifəsi hadisələri daha dərin, daha təsirli əks etdirməkdi. Biz 44 gündə bəlkə 44 ilə sığmayacaq duyğular yaşadıq. Böyük qələbə ilə yanaşı həm də şəhidlər, qazilər kimi ağrılarımız var. Ayrı-ayrı ailələr balalarını, əzizlərini itirdilər. Amma bu itkilər hamımızın itkisidir. Sənət həmin ağrıları da ovutmağa çalışmalıdır".
Tamaşanın quruluşçu rejissoru N.Kazımov bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu olduğunu qeyd edib: "Xatırlayıram ki, Xocalı soyqrımının onuncu ildönümündə tamaşa qurmuşdum. O zaman tamaşaçılar arasında Qarabağdan məcburi köçkün düşən soydaşlarımız da vardı. Məndən ötrü onların səhnədə baş verənlərə reaksiyası, sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq öz yerində, amma xalq üçün belə həssas mövzularda əsərlər qurulanda vətəndaşlıq duyğuları hər şeydən öndə olmalıdı. Müharibələrdən sonra yaxşı əsərlərin yazılması üçün zamana ehtiyac var. Amma çox istedadlı yazıçı-dramaturq İlqar Fəhminin bu mövzuya müraciət etməsi bir vətənpərvərlik nümunəsidir. Biz də bütün yaradıcı heyət böyük qələbəmizə yaraşan tamaşa araya-ərsəyə gətirməyə çalışmalıyıq".
Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, MirzəAğa Mirzəyev, Əbülfəz İsgəndərov ifa edirlər.
Tamaşanın premyerası Zəfər günümüzə nəzərdə tutulub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

Türkiyəli aktyor Hakan Kurtaş həmkarı Özgə Yağızla haqqlarında çıxa

Ukrayna hökuməti Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə

Xalq artisti Məleykə Əsədova telekanallara səslənib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin mə

Bakıda 16 yaşlı qız intihar edib.

TV 8 -in rəhbəri, məşhur aparıcı Acun Ilıcalının yeni yaxtası suya eni

İkili standartlar - bu ifadə adətən siyasətdə işlənsə də, artıq bu if

Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasib

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən "Şuşa İli" çə

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına

Azərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun rəhbərlik

Xalq artisti Röya Ayxan efir üçün qonorar tələb edilməsi barədə mövzuy
