Eşq iddialarını bu FOTO ilə cavabladı


Şou-biznes 17 İyn 2022 16:22:00 89 0

Eşq iddialarını bu FOTO ilə cavabladı

Türkiyəli aktyor Hakan Kurtaş həmkarı Özgə Yağızla haqqlarında çıxan eşq iddialarını yalanlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqram hesabında ilk dəfə sevgilisi Pınar Bulutla səmimi fotosunu paylaşıb. O, şəklə "Gülmək üçün "yaradılıb" şərhini yazıb.

Qeyd edək ki, Hakanla Özgə hazırda "Baba" serialında tərəf müqabilidir. Aktrisa nişanlısı Gökbərk Dəmircidən ayrıldıqdan sonra Hakanla münasibətdə olduğu iddia edilmişdi.