"Gənc nəsil instaqramda, TikTokda ilişib qalmamalıdır"


Şou-biznes 17 İyn 2022 15:37:00 125 0

"Gənc nəsil instaqramda, TikTokda ilişib qalmamalıdır"

Xalq artisti Məleykə Əsədova telekanallara səslənib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki,  aktrisa bu haqda "7 canlı" verilişində danışıb. O bildirib ki, proqramlarda sənət, mədəniyyət təbliğ edilməlidir:

"Gənclərimiz gəlir. Hər zaman bunu deyirəm: elə verilişlər hazırlanmalı, mövzular qoyulmalı, əsl sənətkarları təqdim etmək lazımdır. Bunu etmək lazımdır ki, gələn gənc nəsil instaqramda, TikTok-da ilişib qalmasın. Baxsın görsün ki, sənət və sənətkar nədir".