Ermənilər, Amerika kilsəsi, yalan və çürük əxlaq


Siyasət 17 İyn 2022 14:49:00 174 0

Ermənilər, Amerika kilsəsi, yalan və çürük əxlaq

İkili standartlar - bu ifadə adətən siyasətdə işlənsə də, artıq bu ifadə bütün sahələrə də şamil oluna bilər. 30 ildən artıq məhz Azərbaycan ikili standartları öz üzərində hiss etdi, desək yanılmarıq. Ən acınacaqlısı odur ki, Qərb dövlətlərinin bu siyasəti bütün sahələrə, o cümlədən dinə də təsir edir. Məhz kilsə illər uzunu siyasətçilətin təsiri altında olaraq onların ənənəvi siyasətini davam etdirib, haqsızlığa və ədalətsizliyə göz yumub.

İllər uzunu milyonlarla soydaşımızın öz ev-eşiyindən qovulmasına göz yumub, işğalçı Ermənistana gözün üstündə qaşın var deməyib. Onların sırasında Amerika kilsəsi də var.

"The Uoll Strit Jurnal"da dərc olunan məqalədə bu məsələyə toxunulub. Müəllif yazır ki, ABŞ Presviterian Kilsəsi (PCUSA) illər uzunu işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrini dəstəkləməyə həsr olunmuş və müxtəlif məskunlaşma tərəfdarı olan xeyriyyə təşkilatlarını maliyyələşdirir. Bu təşkilat Azərbaycanının işğal altında olan torpaqlarında da işlər aparması ilə tanınır. Qeyd olunur ki, 1994-cü ilə qədər Ermənistan uzun sürən müharibədən sonra bölgəni işğal edənə qədər ərazidə erməni-azəri qarışıq əhali yaşayıb. "Ermənilər çoxu Qarabağı öz tarixi vətənlərinin bir hissəsi hesab etsə də, BMT, ABŞ oranı işğal olunmuş Azərbaycan ərazisi hesab edir. Müharibə zamanı azərbaycanlılar öz torpaqlarından qovulub və geri qayıtmalarına imkan verilməyib. Eyni zamanda, İrəvandakı Ermənistan rəhbərliyi mühacirlərin işğal olunmuş ərazilərə köçməsinə təkan verib", deyə məqalədə vurğulanır.  

Ən maraqlısı odur ki, PCUSA Qarabağ işğal altında olan zaman orada həyata keçirilən layihələri dəstəkləmək üçün yaradılan erməni xeyriyyə təşkilatı olan Jinishian Memorial Foundation-ın əsas sponsoru olub. PCUSA Amerika kilsəsi bəzi broşürlərində qondarma qurumu "Dağlıq Qarabağ Respublikası" kimi təsvir edir, ona yardım edir, erməni yaşayış məntəqələrində müxtəlif iqtisadi və sosial layihələri maliyyələşdirirdi. Fond hətta "Ermənistan və Artsaxı kəşf etmək və ondan həzz almaq" adı altında turlar keçirir, donorlar cəlb edirdi.  PCUSA həmçinin yaşayış məntəqələri üçün siyasi dəstək təklif edir.

Məqalədə xüsusi vurğulanlır ki, 2020-ci ilin sentyabrında 44 günlük müharibə ilə Azərbaycan Qarabağın böyüh hissəsini azad etdi. PCUSA erməni məskunlaşmalarını dəstəkləmək hüquqlarını tamamilə əhatə edir. İkili standartlara sadiq qalaraq Qərb beynəlxalq hüququ pozan bu tip icmalara qarşı boykot və ya sanksiyalar tələb etmir.

Kamran Seyidov Son.az