“Efirə çıxmaq üçün pul istəmərəm”


Şou-biznes 17 İyn 2022 14:15:00 165 0

“Efirə çıxmaq üçün pul istəmərəm”

Xalq artisti Röya Ayxan efir üçün qonorar tələb edilməsi barədə mövzuya münasibət bildirib. 

Son.az olay-a istinadən xəbər verir ki, pop ulduz bu barədə "Həmin Zaur" proqramına qonaq olarkən deyib.  Röya bildirib ki, özü belə bir addım atmaq niyyətində deyil:

"Efirə çıxmaq üçün televiziyalardan pul istəmərəm. Sadəcə olaraq çıxmaram. Mən zatən belə edirəm. Üç il qabaq bu proqramda qonaq olmuşam. Əlbəttə ki, bayram və özəl günlərdə orkestrlə canlı konsert tələb etsəz, o zaman hər kəsin pulunu ödəmək lazımdır. 

Biz Rast qrupu ilə belə bir şey etmişdik. Amma sizdən pul istəmədim, onların ödənişini özüm etdim".