Azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı işlər nə yerdədir?


Digərləri 17 İyn 2022 13:45:00 183 0

Azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı işlər nə yerdədir?

İşğaldan azad olunmuş ərazilərdə Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub.

Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanıb.

Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb, ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.

Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi nəzərdə tutulur. Bu rayon üzrə 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin də təməli qoyulub.