İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb


Siyasət 17 İyn 2022 13:56:00 112 0

İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.