AzərbaycanGürcüstan münasibətlərinin inkişafı bölgənin tərəqqisinə töhfə verir


Siyasət 17 İyn 2022 13:24:00 146 0

AzərbaycanGürcüstan münasibətlərinin inkişafı bölgənin tərəqqisinə töhfə verir

Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafı bölgənin inkişafına töhfə verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumunda deyib.

O qeyd edib ki, indi Cənubi Qafqaz bölgəsində rifahın artması üçün unikal fürsət yaranıb.

"Xalqlar arasında sülh, birgə yaşayış üçün istək olmalıdır. Yaranan bu unikal fürsəti dəyərləndirirək bölgədə sülhü təmin edə bilərik", - deyə o əlavə edib.

Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.

Son.az