4 ölkə Ukraynaya Aİyə namizəd statusunun verilməsini dəstəkləyir


Dünya 17 İyn 2022 07:00:00 183 0

4 ölkə Ukraynaya Aİyə namizəd statusunun verilməsini dəstəkləyir

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

Trend "UNİAN"a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron adıçəkilən ölkələrinin liderlərinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə keçirilmiş görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Sabah Avropa Komissiyası müvafiq rəy verəcək, gələn həftə isə Avropa Şurası Ukraynanın Avropa perspektivi ilə bağlı qərar qəbul edəcək. verəcək. Biz dördümüz də Ukraynaya Avropa İttifaqına üzvlük üçün namizəd statusunun verilməsinin tərəfdarıyıq", - Makron bildirib.

O, bu qərarın Avropa Şurasında yekdilliklə qəbul ediləcəyinə ümid etdiyini deyib.