Bu ölkə koronavirus məhdudiyyətləri ləğv edib


Dünya 17 İyn 2022 07:25:00 115 0

Bu ölkə koronavirus məhdudiyyətləri ləğv edib

Misir ölkəyə gələnlər üçün koronavirus infeksiyasının qarşısını alənması məqsədi ilə tətbiq edilmiş bütün məhdudlaşdırıcı tədbirlərin ləğv edildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, yeni qaydalar həm ölkəyə gələn əcnəbilər, həm də yerli vətəndaşlara aid olacaq.

Misirin Ali Təhsil və Elmi Tədqiqatlar Naziri Xalid Abdel Qaffarın sözlərinə görə, ölkədə indiyədək 86,6 milyon insan koronavirusa qarşı ən azı bir doza peyvənd qəbul edib. Hazırki peyvənd ehtiyatları 57,5 milyon civarında qiymətləndirilir.