“Google”da ən çox axtarılan futbol klubları


Digərləri 16 İyn 2022 20:22:00 114 0

“Google”da ən çox axtarılan futbol klubları

"Google"da adı ən çox axtarılan futbol klubları məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, siyahıya "Mançester Yunayted" başçılıq edir. Premyer Liqa təmsilçisi hər ay ortalama 28.5 milyon dəfə axtarılır.

İkinci pillədə 26.1 milyon sorğu ilə Madrid "Real"ı qərarlaşıb. İlk üçlüyü isə Braziliya "Palmeyras"ı qapayır (21.3 milyon axtarış).

Ən çox axtarılan klublar arasına "Qalatasaray" da düşüb. "Aslanlar"la hər ay orta hesabla 21.2 milyon dəfə maraqlanırlar.