Məzuniyyət haqqı necə hesablanır?


Digərləri 16 İyn 2022 18:37:00 200 0

Məzuniyyət haqqı necə hesablanır?

Yay fəsli həm də istirahət fəslidir. 1 illik əməyimizin qarşılığında məzuniyyət haqqımız olur ki, çalışırıq ki, onu da yaxşı dəyərləndirək. Çünki rəsmi müqavilə ilə işləyən hər kəsə 21 gündən az olmayaraq ödənişli məzuniyyət verilir. Bu ödənişin hesablanması qaydası isə işçini ən çox maraqlandıran məqamlardandır. İnsan resursları üzrə ekspert Nüsrət Xəlilov bildirir ki, məzuniyyət haqqının hesablanması zamanı ilk növbədə şəxsin hazırkı iş yerindən olan qazancı əsas götürülür.

Ekspert deyir ki, stajı 12 aydan az olan işçilərin məzuniyyətə çıxa bilməsi üçün qanunvericilikdə güzəştlər nəzərdə tutulub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Nüsrət Xəlilovun sözlərinə görə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasına ən gec 3 gün qalmış ödənilməlidir. Əgər əmək müqaviləsində digər bir hal yoxdursa, məzuniyyət haqqı vaxtında ödənilmədikdə işçi məzuniyyət günlərinin hesablanmasını ödənişin edildiyi gündən başlanmasını tələb edə bilər.