Rusiya NASA ilə buna görə əlaqə saxlayır


Dünya 15 İyn 2022 23:11:00 143 0

Rusiya NASA ilə buna görə əlaqə saxlayır

"Roskosmos" siyasi fikir ayrılıqlarına baxmayaraq, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqat İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) ilə əlaqə saxlayır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib.

"Biz NASA ilə əlaqə saxlayırıq. Bu əlaqələr peşəkar xarakter daşıyır və bizə BKS-dən (Beynəlxalq Kosmik Stansiyadan) təhlükəsiz istifadəni təmin etmək üçün lazımdır. Və təbii ki, mübadilə proqramları da həyata keçirilir", - Roqozin bildirib.