Yağan güclü yağışdan sonra kəndə sel gəlib FOTO


Digərləri 15 İyn 2022 23:42:00 233 0

Yağan güclü yağışdan sonra kəndə sel gəlib  FOTO

Daşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.

Son.az xəbər verir ki, kənd icra nümayəndəsi Kazım Kamalovun "report"un Qərb bürosuna bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.

Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.