"Rusiya qüvvələri ukraynalılardan silah və say baxımından üstün olsa da..."


Dünya 15 İyn 2022 23:21:00 130 0

"Rusiya qüvvələri ukraynalılardan silah və say baxımından üstün olsa da..."

Rusiya qüvvələri Donbasda ukraynalılardan silah və say baxımından üstün olsa da, Rusiyanın Ukraynanın şərqinə nəzarəti möhkəmləndirməsi qaçınılmaz deyil.

Son.az APA-ya istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley deyib.

"Müharibədə qaçınılmazlıqlar olmur. Müharibədə bir çox dönüşlər baş verir. Ona görə də, mən bunun (Rusiyanın Ukraynanın Şərqində möhkəmlənməsinin-red.) qaçınılmaz olduğunu deməzdim" - deyə general bildirib.

Milley Rusiyanın Severodonetskin dörddə üçünü nəzarətə götürdüyünü, lakin ukraynalıların küçəbəküçə, evbəev döyüşdüyünü deyib.

ABŞ generalı müharibənn indik fazasının Birinci Dünya Müharibəsi kimi aşındırma müharibəsinə çevrildiyini, Rusiyanın regiondakı nailiyyətlərnin çox yavaş və çətin olduğunu qeyd edib.