Ben Uolles Türkiyəyə səfər edəcək


Dünya 15 İyn 2022 23:27:00 128 0

Ben Uolles Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər edəcək.

Trend-in "Euronews"a istinadən verdiyi məlumata görə, səfər zamanı nazir Suriya, İsveç və Finlandiyanın NATO-ya müraciətləri, həmçinin Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi planlaşdırır.

Nazirin sözlərinə görə, Böyük Britaniya Türkiyəni Odessa limanı vasitəsilə dəniz yolu ilə taxıl ixracı ilə bağlı istənilən razılaşmanın mümkün zamini hesab edir.

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Uolles Türkiyənin narahatlığını dinləmənin "vacib" olduğunu bildirib.