Xəzər dənizinin bu şəkli narahatlıq doğurdu FOTO


Digərləri 15 İyn 2022 22:46:00 239 0

Xəzər dənizinin bu şəkli narahatlıq doğurdu  FOTO

Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də bu gün sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb.

Mərdəkanda - Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir.

N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.