Peyvənd olunanların sayı açıqlanıb
Digərləri 15 İyn 2022 16:44:00 107 0
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 846 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci doza peyvəndlərin ümumi sayı 5 351 545, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 664, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 247 731 olub.
Mənbə: milli.az