Biçin mövsümünə başlanıb Yanğından qorumaq üçün hansı tədbirlər görülür?


Digərləri 15 İyn 2022 14:37:00 124 0

Biçin mövsümünə başlanıb  Yanğından qorumaq üçün hansı tədbirlər görülür?

Azərbaycanın rayonlarında arpa biçininə başlanıb. Buğda biçininə isə sayılı günlər qalıb. Biçin mövsümü ilə bağlı taxıl sahələrinin yanğından qorunması da aktuallaşıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Aran bölgəsinin ən isti rayonlarından olan Yevlaxda taxıl sahələrini yanğından qorumaq üçün təsərrüfatçılar lazımi tədbirlər görür.

Biçin zamanı nasaz texnikalar zəmilərə buraxılmır, həmçinin əkin traktorlarından istifadə edirlər.

Tovuzlu təsərrüfatçılar isə bildirir ki, taxıl sahəsində aqrotexniki işlərin hamısı yekunlaşıb.Biçində iştirak edən bütün kənd təsərrüfatı texnikaları yoxlanıb. Biçinə qədər təhlükəsizlik tədbirlərinin gözlənlməsi üçün bir sıra qaydalara əməl edirlər.

Fövqəladə Hallar Nazirliyi (FHN) isə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması vacibdir. Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır. Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır, yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir, taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir. İşdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: