"Türk Hava Yolları" beynəlxalq adını dəyişir


Digərləri 15 İyn 2022 14:52:00 211 0

"Türk Hava Yolları" beynəlxalq adını dəyişir

Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı bildirir.

Şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Havayolları" kimi istifadə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini bildirmişdi.