Şakira Pikeni izləmək üçün detektiv tutub


Şou-biznes 15 İyn 2022 09:22:00 246 0

Şakira Pikeni izləmək üçün detektiv tutub

Şakira və Pikenin ayrılmasının yeni təfərrüatları ortaya çıxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərlərə görə, ifaçı futbolçunu izləmək üçün detektiv agentliyinə müraciət edib.

Məhz agentliyin əməkdaşları Pikenin xəyanətini sübut edən çoxsaylı şəkillər çəkərək Şakiraya təqdim ediblər. İfaçı bu yolla sevgilisinin ona xəyanət etdiyindən əmin olub.

Sözügedən fotoların heç yerdə yayımlanmadığı qeyd edilib.