Finlandiyanın NATOya daxil olma məsələsi dodndurula bilər


Dünya 15 İyn 2022 08:54:00 170 0

Finlandiyanın NATOya daxil olma məsələsi dodndurula bilər

Finlandiyanın NATO-ya qəbulu məsələsi Alyansın Madriddə keçiriləcək zirvə görüşünə qədər Türkiyə ilə razılığa gəlmək mümkün olmadıqda dondurula bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu ehtimalla ölkənin baş naziri Sanna Marin çıxış edib.

"Hesab edirəm ki, indiki mərhələdə irəliləmək son dərəcə vacibdir. Madriddəki zirvə görüşünə qədər bu məsələləri həll etməsək, vəziyyətin yerində donma ehtimalı var", - o qeyd edib.

Baş nazir adıçəkilən məsələsinin hansı müddətdə dondurula biləcəyi haqqında hər hansı fikir bildirməyib.