Kulebadan çağırış


Dünya 13 İyn 2022 21:14:00 120 0

Kulebadan çağırış

"Mən tərəfdaşları Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Ukrayna sübut edib ki, öz çəkisindən xeyli ağır yumruqlar vura bilər və bütün ehtimallara qarşı mühüm döyüşlərdə qalib gələ bilər: Kiyev, Çerniqov, Sumı, Xarkov bunun sübutudur. Ukraynanın kifayət qədər silahı olarsa nə edə biləcəyini təsəvvür edin. Mən tərəfdaşları Ukraynanın qələbəsini aydın məqsəd kimi müəyyənləşdirməyə və ölkəyə ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram", - XİN başçısı vurğulayıb.