Makron bu həftə Ukraynaya səfər edəcək


Dünya 13 İyn 2022 21:20:00 161 0

Makron bu həftə Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.