“Hacı, Allah sənə rəhmət etsin ki, sən bu duaları övladın üçün qazanmısan...”


Kriminal 13 İyn 2022 13:20:00 80 0

“Hacı, Allah sənə rəhmət etsin ki, sən bu duaları övladın üçün qazanmısan...”

Ötən gün xalq artisti, məşhur aktyor, "Şöhrət" ordenli sənətkar Hacıbaba Bağırovun doğum günü idi. Xalq artisti yaşasaydı, 90 yaşını qeyd edəcəkdi. Amma sənətkarın doğum gününü onsuz doğma teatrının kollektivi qeyd edib. Belə ki, Akademik Musiqili Teatrının direktoru başda olmaqla sənət ocağının bütün kollektivi, nazirlik əməkdaşları sənətkarın məzarını ziyarət edərək, nitq söyləyiblər.

Son.az xəbər verir ki, sənətkarın ömür-gün yoldaşı Arzu Bağırova moderator.az-a açıqlamasında məhz 90 illik yubiley üçün qızı ilə birlikdə Bakıya gəldiklərini bildiriblər.

"Bilirsiniz ki, qızım Şölə Ankaranın Hacettepe universitetinin siyasi bilimlər və dövlət idarəetmə fakültəsində təhsil alır. Son günə qədər inanmırdım ki, Hacının yubileyinə çatdırıb gələcəm. İmtahanları uğurla verəndən sonra səhər Bakıya uçduq. Səhər saatlarında kollektiv, nazirlik əməkdaşları Hacının məzarını ziyarət edib, xoş xatirələrini bölüşüblər. Nazirlik, teatr məzarı üstünə əklil güllər göndərib. Biz məzarı üstünə çatdırıb gedə bilməsək də axşamkı tamaşaya gəlib çatdıq. Bilirsiniz ki, "Mən dəyərəm min cavana" tamaşası Hacının 75 illik yubileyi üçün yazılmışdı. Çox təəssüf ki, o 74 yaşında dünyasını dəyişdi. Hacı rəhmətə gedəndən sonra tamaşanın premyerası baş tutdu, baş rolda da xalq artisti İlham Namiq Kamal oynadı. Tamaşa bu gün Hacının ruhuna ithaf edilmişdi. Tamaşadan öncə Telli Pənahqızı gözəl nitq söylədi. Teatrın foyesi Hacının portret şəkili və tamaşalarda geyindiyi geyimlərlə bəzədilmişdi. Teatra daxil olanda onun mahnıları, səsi eşidilirdi. Sağ olsun teatrın direktoru Əliqismət müəllim! Mən burada olmasam da, hər şeydən arxayın idim, bilirdim ki, o hər zamankı kimi hər bir şeyi möhtəşəm şəkildə təşkil edəcək. Bilirsiniz ki, o bizim hər bir problemimizi həll edir, hər zaman ailəmizə böyük diqqət və qayğı göstərir. İnsan əzizinin itkisi ilə barışa bilmir, saatlar, aylar, illər keçsə belə. Əziz insanın itkisinin yerini heç kim, heç nə doldura bilmir. Bu acını, yaranı zaman sağaltmır. Təsəllim və ümidim təkcə övladımdır. Həyatdakı bütün istəklərim övladımla bağlıdır. Allah bütün balaları qorusun. Mənim üçün ən dəyərli şey bilirsiniz nədir? Hacıbabaya rəhmət oxuyub, deyirlər ki, "Allah onun bir balasını saxlasın, qızını qorusun". Mənim üçün həyatda bundan gözəl dua yoxdur! Mən Allaha çox bağlı insanam, inanıram ki, hər duada bir fəzilət, xeyir var. Mən də həmişə deyirəm ki, "Hacı Allah sənə rəhmət etsin ki, sən bu sözləri, duaları övladın üçün qazanmısan" deyə sənətkarın ömür-gün yoldaşı Arzu Bağırova bildirib.

Sənətkarın qızı Şölə Bağırova da atasını unutmayan insanlara təşəkkürünü bildirib. "Atamın 90 illik yubileyində iştirak edən şəxslərə öz təşəkkürümü bildirirəm. Mədəniyyət Nazirliyinə, nazirliyin əməkdaşı Könül xanım Cəfərovaya, başda Əliqismət müəllim olmaqla bütün teatr kollektivinə, atamın yaxın dostu Afaq xanım Bəşirqızına öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, onlar atamı 90 yaşında da unutmadılar. Hər zaman böyük fəxr və qürur hissi ilə demişəm ki, mən Hacıbaba Bağırovun qızıyam. Atam hər zaman onu sevən tamaşaçıların və dostlarının xatirəsində yaşayacaq" deyə sənətkarın qızı bildirib.

"Polşanın bu proqramı Qarabağın bərpası üçün faydalı ola bilər" like
  • 13 İyn 13:15  
Digərləri "Polşanın bu proqramı Qarabağın bərpası üçün faydalı ola bilər"

Polşanın "GreenEvo" "yaşıl" texnologiyaların sürətlə

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 13 İyn 13:10  
Digərləri Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlanıb like
  • 13 İyn 13:08  
Digərləri Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlanıb

TƏBİB Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəti

arrow Ətraflı
"Allahın qəzəbindən başqa heç nə və heç kimdən qorxmuram" like
  • 13 İyn 13:07  
Şou-biznes "Allahın qəzəbindən başqa heç nə və heç kimdən qorxmuram"

""Bəxtiyar" tamaşasında mən Hüseynova bacılarından birini-

arrow Ətraflı
Gəncədə evlər və obyektlər yenidən qurulur  VİDEO like
  • 13 İyn 13:06  
Digərləri Gəncədə evlər və obyektlər yenidən qurulur VİDEO

Bölgələrdə vətən müharibəsi zamanı ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Nazirlik əmək müqaviləsi ilə bağlı vacib məlumat yaydı VİDEO like
  • 13 İyn 12:58  
Digərləri Nazirlik əmək müqaviləsi ilə bağlı vacib məlumat yaydı VİDEO

Yeni işə daxil olarkən sizinlə bağlanan əmək müqaviləsi əmək və sosi

arrow Ətraflı
Sakinlər üfunət iyindən evində otura bilmir  VİDEO like
  • 13 İyn 12:56  
Digərləri Sakinlər üfunət iyindən evində otura bilmir VİDEO

Mingəçevirdə binanın kanalizasiya boruları xarab olduğundan çirkli su zir

arrow Ətraflı
BakıAlanya reysi ləğv edilib like
  • 13 İyn 12:54  
Digərləri BakıAlanya reysi ləğv edilib

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti "Bakı-Alanya-Bakı

arrow Ətraflı
Dünənki imtahanda yaranan problemlə bağlı like
  • 13 İyn 12:52  
Digərləri Dünənki imtahanda yaranan problemlə bağlı

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən doktorantura və diss

arrow Ətraflı
Sumqayıtda ötən ay təmir olunmuş yol yenə çöküb  VİDEO like
  • 13 İyn 12:50  
Digərləri Sumqayıtda ötən ay təmir olunmuş yol yenə çöküb VİDEO

Sumqayıtda Kamran Hüseynov küçəsində yenicə təmir edilmiş yol yenidən

arrow Ətraflı
Ekssevgilisindən qalmaqallı şəkildə ayrılan aktyor indi də...  FOTO like
  • 13 İyn 12:45  
Şou-biznes Ekssevgilisindən qalmaqallı şəkildə ayrılan aktyor indi də... FOTO

Türkiyəli aktyor Ozan Güven ilk dəfə yeni sevgilisi ilə görüntülənib.

arrow Ətraflı
Conni Deppin motosikleti 250 000 dollara hərraca çıxarılacaq  FOTO like
  • 13 İyn 12:22  
Digərləri Conni Deppin motosikleti 250 000 dollara hərraca çıxarılacaq FOTO

Amerikalı aktyor Conni Deppin "Cry-Baby" (1990) musiqili filminin ç

arrow Ətraflı
Əri işdə olan Vəfa kişini evə saldı, qardaşı qapını açanda şoka düşdü like
  • 13 İyn 11:52  
Kriminal Əri işdə olan Vəfa kişini evə saldı, qardaşı qapını açanda şoka düşdü

Oğuzda bacısının qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Qabil

arrow Ətraflı