Sakinlər üfunət iyindən evində otura bilmir VİDEO


Digərləri 13 İyn 2022 12:56:00 95 0

Sakinlər üfunət iyindən evində otura bilmir  VİDEO

Mingəçevirdə binanın kanalizasiya boruları xarab olduğundan çirkli su zirzəmiyə dolur. Sakinlər bildirir ki, bir neçə müddətdir iydən, həşaratların əlindən təngə gəliblər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, çirkab sular zirzəmilərə axır, binanın girişinə pis qoxudan yaxınlaşmaq belə olmur. 110 mənzilli beş mərtəbəli bina Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 ünvanda yerləşir.

Burada yaşayan sakinlər bildirir ki, bir neçə müddətdir iy-qoxdan, həşaratların əlindən təngə gəliblər. Zirzəmidən yayılan  üfunət binanın qarşsından belə keçməyə imkan vermir.

Sakinlər bildirir ki, 5 mərtəbəli binada belə vəziyyət son 3-4 ildə yaranıb. Əvvəllər kanalizasiya boruları dəmirdən idi,onlar sıradan çıxdığından politilenlə əvəzlədilər. Yeni boruları isə düzgün quraşdırılmadığından vəziyyət bu həddə çatdı.

Mingəçevir Sukanal İdarəsinin rəisi  Samir Əliyev Bildirib ki,dövlət proqramına əsasən Mingəçevir şəhərinin 2022-ci il üçün bir neçə əraziləri lahiyəyə düşüb  və həmçinin də Nəriman Nərimanov  küçəsinə  yeni kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub. yaxın zamanda həmin ərazinin kanalizasiya xəttinin yenidən qurulması işləri başlanılacaqdır.