Qardaşına donor olan Nərminin vəziyyəti necədir? FOTO


Şou-biznes 13 İyn 2022 10:07:00 191 0

Qardaşına donor olan Nərminin vəziyyəti necədir?  FOTO

Qardaşı Kamran Kərimbəyova donor olduqdan sonra bir müddət reanimasiyada qalan müğənni Nərmin Kərimbəyova son vəziyyətini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.

Kərimbəyova ona görə narahat olanlara təşəkkürünü bildirib: "Mənə görə narahat olanlar, yazanlar , zəng edənlər, dua edənlər...Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam".

O, hazırkı vəziyyəti barədə bunları qeyd edib: "Hələ ki, qan azlığı və ağrılarla mubarizə aparıram. Allah kərimdir. Görüşmək ümüdi ilə".