“Əbdül Mahmudov da, Ayaz Salayev də sənətə və insanlığa ləkədir”


Şou-biznes 13 İyn 2022 11:15:00 215 0

“Əbdül Mahmudov da, Ayaz Salayev də sənətə və insanlığa ləkədir”

Bir müddət öncə Xalq artisti Rasim Balayev  Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildi. Bu hadisə ictimaiyyət tərəfindən təqdir edilsə də bəzi adamlar bu seçimə qarşı çıxdılar. Məsələn, Xalq artisti Əbdül Mahmudov Rasim Balayevin bu seçkilərə getməsini milli kinomuza xəyanət adlandırdı.

Tanınmış kinorejissor Ayaz Salayev isə Rasim Balayevin artıq qocaldığını və heç bir pozotiv dəyişikliklik qabiliyyətinin olmadığını söyləyib. Son.az xəbər verir ki, səslənən bu və digər fikirlərlər bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bizim.media-ya özəl açıqlama verib.

Sevilən sənətkar bildirib ki, "Söylənilən fikirlər qərəzlidir və şəxsi maraqlardan qaynaqlanır. Haqqımda danışanlardan biri Əbdül Mahmudovdur. O Əbdül ki, sənətə və insanlığa bir ləkədir. Onun nə sənətdə, nə də ki insanlıqda izi yoxdur. Həyatı boyu bir kino çəkib-"İki sahil".

Bu filmə görə, o zaman İsa adlı bir iş adamını tovlayıb bir dünya pulunu alıb. Filmdə baş rola da Tarıyel Qasımovu çəkib. Eşitdiyimə görə baş rola çəkmək üçün Tarıyeldən də yaxşı pul alıb. Çəkdiyi də bir qəpiklik kino olmadı".

Rasim Balayev daha sonra bildirib ki, "Əbdül qapı-qapı düşüb özünə 75 illik yubiley keçirdirdi. O zaman, Şəfiqə Məmmədova ona 2 min manat pul göndərib. Amma şərtini də deyib: "bunu ona görə veririk ki, gəlib bizim İttifaqa üzv olsun". Əbdül də pulun iyini alan kimi bizim İttifaqdan çıxıb getdi Şəfiqənin yanına.

O Şəfiqənin İttifaqına yox eyy, tumanının altına girdi... Xahiş edirəm elə belə də yazın. O adam hər zaman sənət üçün yox, pul üçün yaşayıb. İndi də durub bizim İttifaq haqqında, mənim haqqımda hədyanlar danışır. Şükür Allaha mənim sənətim də, şəxsiyyətim də göz qabağındadır. Sənətdəki uğurlarıma və insani keyfiyyətlərimə görə məni AKİ-yə rəhbər seçdilər.

Heç kimə gedib deməmişəm ki, məni rəhbər seçin. Birdəki, bu təşkilat seçkili orqandır. Burda yuxarıdan təyinat yoxdur. İttifaq üzvlərinin iradəsi əsasdır. Əgər həmkarlarım mənə inanırsa, məni İttifaqın rəhbəri görmək istəyirsə mən nə deyə bilərəm. Rəhbər kimi nə edəcəyimi isə zaman göstərəcək.