Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı


Digərləri 13 İyn 2022 11:26:00 211 0

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Bakı-Şamaxı yolunda şagirdlərin yol qəzasına dməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya qəbul edilib. Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.