Taksi faciəsi: qoca sürücünün ailəsi qanlı


Dünya 13 İyn 2022 10:43:00 134 0

Taksi faciəsi: qoca sürücünün ailəsi qanlı

Rusiyanın Şimali Osetiya bölgəsinin inzibati mərkəzi Vladiqafqazda faciə yaşanıb.

Son.az MBM Media-ya istinadən bildirir ki, şəhər küçələrindən birində 79 yaşlı sürücünün idarə etdiyi taksiyə 35 yaşlı, Osmanov soyadlı müştəri oturub. Bir müddət sonra onlar maşında mübahisə ediblər, sərnişin qoca sürücünü qarnından bıçaqlayıb.

Hücum edəni polis saxlayıb, taksi sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Lakin yarım saat sonra elə həmin xəstəxanaya cinayətkar gətirilib - o, tutularkən qolundan xəsarət alıbmış.

Taksi sürücüsünün nəvəsi cinayətkarı görən kimi dəhlizdə, polislərin gözü qarşısında ona hücum çəkib, belindən və ayağından bıçaqlayıb.

Həkimlər cinayətkarın yaralarına tikiş və sarğılar qoyublar.

Daha sonra taksi sürücüsünün oğlu Osmana hücum edərək onun sinəsinə və qarnına bıçaq zərbələri endirib. Bir qədər keçib, qoca taksi sürücüsünün digər qohumu qəbul şöbəsinə girərək Osmanova tapançadan atəş açıb.

Taksi sürücüsünü bıçaqlamış Osmanov indi xəstəxananın reanimasiya bölməsindədir. Onun vəziyyəti kritikdir.