Formula 1ə görə bağlanan yollar nə zaman açılacaq?


Digərləri 13 İyn 2022 10:56:00 312 0

Formula 1ə görə bağlanan yollar nə zaman açılacaq?

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Bundan başqa,  iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk.