Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok


Digərləri 13 İyn 2022 09:37:00 356 0

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

İlk baxışda adi cümlədir. Amma, bu ifşanın arxasında dərin, ən incə detaladək düşünülərək icra edilmiş kombinasiyalar sistemi var.

Son.az axar.az-a istinadla təfərrüatı təqdim edir:

Əvvəlcə xüsusi reportajımızda şərti olaraq Fidan adlandırdığımız bu qızı dinləyək. 3 aydan sonra 16 yaşı tamam olacaq. Azyaşlı sayıldığından üzünü göstərmirik, səsini də azca dəyişmişik. Beləliklə, Fidanın da hər bir gənc kimi öz arzusu olub.

Amma öz həyatının əsas və köməkçi xətlərini çəkərkən yanılıb. Çox ciddi səhvlərə yol verib. Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində Fidan da olub.

Daha əvvəldən başlayaq: Deməli, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşür. Ermənistanın revanşist düşüncəli, antiazərbaycan, antitürk qrupun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşıst qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları nələri üzə çıxarıb: Birincisi, qarşı tərəfdən ötrü Fidanın əlverişli obyekt və ya istifadəyə yararlı xammal olmasının səbəblərini. Erməni xüsusi xidmətləri Fidanın zəif yerini müəyyənləşdirirlər. Bu, Fidanın Artura olan rəğbətidir. Artur Martirosyan isə sıradan biri deyil. O radikal, nasist "Haytarakan" qrupunun aparıcı simasıdır. Onun sosial şəbəkələrdəki səhifələrində hansı ideologiyanın daşıyıcısı olduğu aydın görünür.

Fidan özü də gizlətmir ki, Arturun fanatı olub. Və elə bu da kifayət edir ki, Erməni xüsusi xidmətləri Fidana müxtəlif məkanlardan, müxtəlif istiqamətlərdən təzyiq etməklə onu Artura doğru itələsinlər. Fidana Artur və qrupu müxtəlif təyinatlı tapşırıqlar verir. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Bir səs yazısında biz onun bu işin öhdəsindən necə gəldiyini və qarşı tərəfə, onu nəzarətdə saxlayanlara necə qürrəylə hesabat verdiyini görürük. Danışdığı şəxs Karindadır. Əməliyyatda erməni xüsusi xidmət orqanlarının Fidanı təhkim etdikləri başqa bir tərəfmüqabili.

Fidan: "Mən bu gün Arturla danışdım. Soruşdum ki, necəsən, işlər necədi, cavab verdi ki, normaldı. O soruşdu ki, sən necəsən: mən ona, "oturmuşam da, azərilərin kütlüyünə dözürəm" dedim. O soruşdu: "Dərsdəsən", dedim ki, yox, dırnaq kursunda, buna qədər isə mən deyirdim ki, bir az sonra gedib videonu çəkərəm, amma çəkmədim. Sabah səhər tezdən gedib çəkərəm. Ona göndərərəm və deyərəm ki, bağışla. Dünən bacarmadım. Baxmaq istəmirsən mənim dırnaqlarıma? Əla alındı. Bu qədər gözləməyə dəyərdi. Müftə üçün çox yaxşıdı!"

Burda dırnaq mövzusuna aydınlıq gətirmək lazım gəlir. Çünki, Fidan onunla işləyən Karinayla danışanda dırnaqlarının onu ələ verəcəyindən narahat olduğunu göstərir. Dırnaqları nə üçün onu ələ verə bilərdi? Ona görə ki, çəkiliış apararkən, çəkdiyi şəkilləri tirajlayarkən əli, barmaqları, dırnaqları ön planda olacaq.

"Fidan" - moqut li viçeslit

"Necə bilirsən, manikürümdən mənim izimə düşə bilərlər? Doğrudan istəyirəm bir az cilalayım. İndi gedirəm salona, həm qaşımı aldırım, həm dırnağıma geli yaxşı yaxsınlar. Hələ ki, bilmirəm, orda yazırlar, biri o birisinə, biri o birisinə, amma məni axtarıb tapmaq yəqin ki, meşədə iynə axtarmaq kimi bir şeydi. Yəni mənim izimə düşüb tapmaq qeyri-mümkündür! Mən belə hesab edirəm".

Amma Fidan burda yanılır. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti meşədə iynəni tapa bildiyini sübut edir. Fidansa hələ ki öz aləmindədir, əlində olan şəkilləri Bakının mərkəzi küçələri boyu gəzdirir və çəkiliş aparır. Xoşbəxtdir...

"Fidan" - moqut li viçeslit

"Əlimdəkilər Şəhid plakatı olsaydı! Amma əlimdəki bu şəkillər ayrı bir dəhşətdir. Düşünürəm ki, Artur bundan sonra məndən vəcdə gələcək, məni sevəcək..."

Beləliklə, Fidan inanır ki, fanatı olduğu Artura hər gün daha da yaxınlaşır. Rəfiqəsi, daha doğrusu, erməni xüsusi xidmətlərinin planlaşdırdığı əməliyyatda obyektin rəfiqəsi olmaq tapşırığını Qazaxıstanda icra edən Karinadır. Özü demişkən, "hara gəldi soxulur yekə burnuyla!" O, Fidanı şirnikləndirir, yeni yeni addımlara təhrik edir... Özünün yerləşdiyi ərazini Fidana təqdim etmək də bu məqsədlədir. Ünvanın video-görüntüsü Fidanda inam yaratmaq məqsədi daşıyır.

Karina: İstəyirsən sənə göstərim. orda azərilər yaşayır. Burda hər yerdə onlar var. Bura bir baba gəlib, bilmirəm niyə? Bu isə mənim evimdir...

Fidan Artur uğrunda apardığı mübarizədə hər şeyi edir ki, qarşı tərəfin etibarını qazansın.

Fidanın səsi: Bütün gecəni oturmuşam Tiktokda canlı yayımda hərbçi azəriləri yıxıb-sürümüşəm...

İndi isə Siz Fidanın səsini iş başında eşidəcəksiniz. O, aldığı tapşırığı icra etməkdədir. Eyni zamanda yolunun üstdəki müşahidə kameraları haqqında da düşünərək.

Fidan: Karina, burda o qədər kamera var ki, hər küncdə, erməni mahnısı altında çəkmək... inanmıram məni azərilər tapsın, həm də burda adam o qədər çoxdur ki, inanmıram kamera qeydlərinə baxa bilsinlər və baxdıqlarında da mən düşə bilim. Düşsəm, batdım. Burda dirəkdə də bir kamera var...

Fidan sadəlövh deyil. O artıq prosesin içindədir. Bilir ki, etdiyi hərəkətlər ermənilərlə işbirliyidir. Nə qədər azyaşlı olsa da, şüuru bunu dərk etməyə imkan verir. Ona görə də xofludur. Qorxur.

Fidan: Azərilər məni hərəkət yerimdən də, foto çəkdiyim rakursdan da tapa bilərlər? Orda mən də düşə bilərəm kadra. Amma vecimə deyil. Sən necə düşünürsən?

Onu arxayın salan detallar var. Ona görə də kameraların çoxluğu həm də sakitləşdirir. Çünki Fidanın ağlına batmır ki, bu qədər kameraya kimsə sonadək baxa, hələ üstəlik də onun təsvirini onminlərlə, yüzminlərlə insanın içindən tapa bilər. Ona görə də Karinadan soruşur:

Fidan: "Necə bilirsən, azərilər dövlət kameralarlndan qeydləri necə əldə edə bilərlər? Axı dövlət kameralarından necə götürə bilərlər. Hardan bilərlər ki, kimsə bizim Bakını ermənilərə ötürmək üçün videoya çəkir. Necə bilirsən?