Velosipedlə Zaqataladan Qaxa gəldilər, 11 000 oğurladılar FOTO
Kriminal 13 İyn 2022 09:22:00 123 0
Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən ev sahibi Rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.
Bu xəbəri də oxu: Həkimlərin əlində müəmmalı şəkildə ölən
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb.Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynova

Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Avropa Rusiya ilə bir

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində ticarət mərkəzində açılm

Ukraynadakı müharibə nüvə gücləri arasında gərginliyi artırıb və onl

Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı, Kaliforniyada baş ver

Bu gün Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi ilə

Parlament seçkilərində iştirak edən Fransa hökumətinin bir neçə üzvü

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib.

Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həm

Bakının Fatmayı qəsəbəsində qəbiristanlıq ərazisində yanğın olub.

"Qərb bizi maliyyə, siyasi və hərbi cəhətdən xilas edir. İndi bizə

ABŞ prezidenti Co Bayden ölkədə odlu silahların dövriyyəsinə nəzarətin

Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və

Xəbər verdiyimiz kimi, Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimlə
