ABŞda ticarət mərkəzində açılan atəş nəticəsində


Dünya 13 İyn 2022 08:54:00 268 0

ABŞda ticarət mərkəzində açılan atəş nəticəsində

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində ticarət mərkəzində açılmış atəş nəticəsində bir nəfər həyatını itirib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vəziyyət artıq nəzarət altındadır. Polis hadisə yerində odlu silah tapıb, həmçinin istintaq üçün əhəmiyyət kəsb edən şəxs saxlanılıb.

Hazırda polis ticarət mərkəzinin ərazisində axtarış aparır.