Bayden bu təşəbbüsü dəstəkləyib


Dünya 13 İyn 2022 07:30:00 181 0

Bayden bu təşəbbüsü dəstəkləyib

ABŞ prezidenti Co Bayden ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsi təşəbbüsünü dəstəkləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, C.Bayden bu təşəbbüsün insanların həyatını xilas etməyə kömək edəcəyinə inandığını bildirib.

"Ölkəmizdə hər gün daha çox uşaq öldürülür. Qanun layihəsi mənim masama nə qədər tez gələrsə, bir o qədər tez onu imzalayaram və biz bu tədbirlərdən insanların həyatını xilas etmək üçün bir o qədər tez istifadə edə bilərik", - ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsi haqqında qanun layihəsini qəbul edib. Konqresmenlər odlu silah almaq üçün minimum yaş həddinin 18-dən 21-ə qaldırılmasını dəstəkləyiblər.